TORONTO’DA D
2009 Aprelin 10-da Kandanın Toronto şəhərində Güney Azərbaycanlı şair və alim, Urumiyə aşıq məktəbində dədə ozan kimi tanınan və Batı Azərbaycanda yaşayan Sünni Türklərin (Kürəsünni) mənəvi lideri sayılan Qulunculu DƏDƏ KATİB üçün anma və xatırlama törəni keçirildi.
Güney və Quzey Azərbaycan, Türkiyə, Güney və Quzey Türkmənistan, Quze Qıbrıs və Özbəkistan Türkləri və Əhvaz Ərəblərinin qatıldığı bu mərasimdə Dədə Katibin yaşamı, şerləri və dünya görüşü, Güney Azərbaycan və özəlliklə onun batısında Türk varlığını qorumağın önəmi, Güney Azərbaycanlı şair, yazar və sənətçilərin üzləşdikləri çetinliklər haqqında danışıqlar aparıldı.
Mərasimin ilkində Əlirza C. Quluncu Dədə Katibin şair, alim və ictimai yönətici kişiliyi haqqında danışıb və şairin Azərbaycanın batı bölgələri ilə birlikdə Türkiyənin doğusunda da böyük şair və alim kimi tanındığı, o bölgələrdə dərin nüfuza malik olduğu haqqında ətraflı bilgilər verdi. Sonra Dr. Talas Avşarlı son əsirdə Batı Azərbaycanda Türk varlığı eleyhinə olan hərəkətlərin tarixi sürəcini anladaraq bu bölgələrdə Türk varlığını qorumağın son dərəcə önəmli olduğunu vurğuladı.
Dədə Katibin qara qələm portretini hazırlayan güney Azərbaycanlı tanınmış heykəltəraş və rəssam, Ruhi Tuna, isə Güney Azərbaycanlı sənətçilərin necə bir çetinliklərlə üzləşdikləri ilə bağlı məlumat verərək Təbriz, Urumiyə, Ərdəbil, Zəncan və başqa şəhərlərimizdə ən kiçik sənət əsərini ortara çixartmaq üçün sənəçilərin ağır həzinə verdiklərini açıqladı.
Mərasimin dəvamında Toronto şəhərində Azərbaycanı təmsil edən ən aktiv qruplardan olan Araz qrubundan Səməd Purmusəvi Azərbaycan sazı ilə Sulduz havasını ifa etdi. Səməd Purmusəvi eləcə də aşıq ədəbiyatı, aşıq tarixi, ozan və dədə kimi anlamlar haqqında iştirakçılara geniş bilgilər verdi. Araz qrupunun digər üzvü şair Lalə Cavanşir Dədə Katibin neçə şerini gözəl dikləmə ilə oxudu. Araz qrubunun programı Aşıq Mehdi Zəncanlı, qrubun digər sənətçisi Əhməd bəy və Səməd Purmusəvinin birlikdə ifa etdikləri aşıq mahnısı ilə sona çatdı. Araz qrubunun çıxışları və Türkiyənin Adıyaman şəhərindən olan gənc sənətçi Sevda Gülün oxuduğu şərqi iştirakçılar tərəfindən çox sıcaq qarşılandı.
Müsiqi bölümündən sonra, Dədə Katibin Toronto şəhərində yaşayan 9 yaşında olan nəvəsi Alpay Təyyar da böyük atasının şerlərindən oxudu.
Əhvaz Ərəbləri birliyindən, Saleh Ebu Şərif, Türkmən cəmiyətinin təmsilçisi, Əbdül-Qəfur Çaryar, İranda qeyri Fars alimlər və şexsiyətlərin tanınmalarını əngəlləmə və bu millətlərin tarixlərini təhrif etmə siyasətinə deyinərək Dədə Katibibin vəfatını Azərbaycanləlara təsliyət deyib baş sağlığı dilədilər. Əbdül-Qəfur Çaryar böyük Türkmən şairi Məxtumqulu və Dədə Katibdən şerlər oxudu.
Mərasimin sonunda Yunus Təyyar Dədə Katibin oğlu mərasimdə iştirak edənlərə öz təşekkürlərini bildirdi. O hər zaman və hər yerdə xalqın Dədə Katibə dəyər verdiyinə şahid olduğunu dedi. Yunus Təyyar “ xalq Dədə Katibi onun oğullarından və ailəsindən daha artıq tanıyır və dəyərini bilir.” Deyə artırdı.
Dədə Katibi anma mərasimində bu mərasimin hər il Toronto şəhərində keçiriləcəyi bildirildi.




Dədə Katib 1925-ci ildə Urumiyənin Quluncu qəsəbəsində anadan olub. O bugünkü məktəblərdə deyil Türkiyə alimləri yanında din, ədəbiyat və tarix dərsləri almışdır. Gəncliyində «Katib» təxəllüsü ilə yazan şairə «Dədə» adı Türkiyədə – Konya şəhərində verilmişdir. Azərbaycanın batı və Türkiyənin doğu bölgəsindəki aşıqlar və ozanlar özəlliklə Urumiyə Aşıq Məktəbi ustadlarının mahnıları və şərqilərində Dədə Katibdən yüzlərcə şeir oxunmuşdur. Dədə Katib arif və ozan kimi məşhur olduğu ilə bilikdə Hənəfi fiqhinin böyük alimi və Batı Azərbaycanda 400 mindən artıq nüfusa sahib olan Sünni Türklərin (Kürəsünnilər) mənəvi lideri kimi də tanınmaqdaydı. Şerləri Batı Azerbaycan və Doğu Anadolu Türkləri arasında dillər əzbəri olan, 60 ildən artıq dillərdən dillərə gəzən şerləri ilə İranda yasaq olan dilimizi yaşadan xalq şairi "Dədə Katib" (Hacı Əbdürrəhman Təyyar) 21 Fevral (Şubat) 2009’da 84 yaşında vəfat etdi. Ömrünü Anadilinə adayan xalq şairinin vəfatı Dünya Anadili gününə dənk gəldi.
تورونتو’ شهرینده دده کاتیبی آنما مراسیمی کئچیریلدی
۲۰۰۹ آپرئلین ۱۰-دا کاندانین تورونتو شهرینده گونئی آذربایجانلی شاعر و عالیم، اورومیه آشیق مکتبینده دده اوزان کیمی تانینان و باتی آذربایجاندا یاشایان سنی تورکلرین (کوره سنی) معنوی لیدئری ساییلان قولونجولو دده کاتیب اوچون آنما و خاطیرلاما تؤرنی کئچیریلدی.
گونئی و قوزئی آذربایجان، تورکییه، گونئی و قوزئی تورکمنیستان، قوزئی قیبریس و اؤزبکیستان تورکلری و اهواز عربلرینین قاتیلدیغی بو مراسیمده دده کاتیبین یاشامی، شعرلری و دونیا گؤروشو، گونئی آذربایجان و اؤزللیکله اونون باتیسیندا تورک وارلیغینی قوروماغین اؤنمی، گونئی آذربایجانلی شاعر، یازار و صنعتچیلرین اوزلشدیکلری چتینلیکلر حاقیندا دانیشیقلار آپاریلدی.
مراسیمین ایلکینده علیرضا ج. قولونجو دده کاتیبین شاعر، عالیم و اجتماعی یؤنتیجی کیشیلییی حاقیندا دانیشیب و شاعرین آذربایجانین باتی بؤلگهلری ایله بیرلیکده تورکییهنین دوغوسوندا دا بؤیوک شاعر و عالیم کیمی تانیندیغی، او بؤلگهلرده درین نفوذا مالیک اولدوغو حاقیندا اطرافلی بیلگیلر وئردی. سونرا دوکتور تالاس آوشارلی سون عصیرده باتی آذربایجاندا تورک وارلیغی علیهینه اولان حرکتلرین تاریخی سورجینی آنلاداراق بو بؤلگهلرده تورک وارلیغینی قوروماغین سون درجه اؤنملی اولدوغونو وورغولادی.
دده کاتیبین قارا قلم پورترئتینی حاضرلایان گونئی آذربایجانلی تانینمیش هئیکلتراش و رسام، روحی تونا، ایسه گونئی آذربایجانلی صنعتچیلرین نئجه بیر چئتینلیکلرله اوزلشدیکلری ایله باغلی معلومات وئرهرک تبریز، اورومیه، اردبیل، زنجان و باشقا شهرلریمیزده ان کیچیک صنعت اثرینی اورتارا چیخارتماق اوچون صنعتچیلرین آغیر هزینه وئردیکلرینی آچیقلادی.
مراسیمین دوامیندا تورونتو شهرینده آذربایجانی تمثیل ائدن ان آکتیو قروپلاردان اولان آراز قروبوندان صمد پورموسوی آذربایجان سازی ایله سولدوز هاواسینی ایفا ائتدی. صمد پورموسوی ائلهجه ده آشیق ادبیاتی، آشیق تاریخی، اوزان و دده کیمی آنلاملار حاقیندا ایشتیراکچیلارا گئنیش بیلگیلر وئردی. آراز قروپونون دیگر عوضوو شاعیر لاله خانیم جاوانشیر دده کاتیبین نئچه شعرینی گؤزل دیکلمه ایله اوخودو. آراز قروبونون پروقرامی آشیق مهدی زنجانلی، قروبون دیگر صنعتچیسی احمد به ی و صمد پورموسوینین بیرلیکده ایفا ائتدیکلری آشیق ماهنیسی ایله سونا چاتدی. آراز قروبونون چیخیشلاری و تورکییهنین آدی یامان شهریندن اولان گنج صنعتچی سئودا گول-ون اوخودوغو شرقی ایشتیراکچیلار طرفیندن چوخ سیجاق قارشیلاندی.
موسیقی بؤلوموندن سونرا، دده کاتیبین تورونتو شهرینده یاشایان ۹ یاشلی نوهسی آلپای طیار دا بؤیوک آتاسینین شعرلریندن اوخودو.
اهواز عربلری بیرلیییندن، صالح ابو شریف، تورکمن جمعیتینین تمثیلچیسی، عبدالغفور چاریار، ایراندا غئیری فارس عالیملر و شخصیتلرین تانینمالارینی انگللمه و بو میللتلرین تاریخلرینی تحریف ائتمه سیاستینه دئیینهرک دده کاتیبیبین وفاتینی آذربایجانلیلارا تسلیت دئییب باش ساغلیغیی دیلهدیلر. عبدالغفور چاریار بؤیوک تورکمن شاعری مختومقولو و دده کاتیبدن شعرلر اوخودو.
مراسیمین سونوندا یونوس طیار دده کاتیبین اوغلو مراسیمده ایشتیراک ائدنلره اؤز تشکورلرینی بیلدیردی. او هر زامان و هر یئرده خالقین دده کاتیبه دیر وئردییینه شاهید اولدوغونو دئدی. یونوس طییار “ خالق دده کاتیبی اونون اوغوللاریندان و عائلهسیندن داها آرتیق تانیییر و دیرینی بیلیر.” دئیه آرتیردی.
دده کاتیبی آنما مراسیمینده بو مراسیمین هر ایل تورونتو شهرینده کئچیریله جه یی بیلدیریلدی.
دده کاتیب ۱۹۲۵-جی ایلده اورمیهنین قولونجو قصبهسینده آنادان اولوب. او بوگونکو مکتبلرده دئییل تورکییه عالیملری یانیندا دین، ادبیات و تاریخ درسلری آلمیشدیر. گنجلییینده «کاتیب» تخللوصو ایله یازان شاعیره «دده» آدی تورکییهده – کونیا شهرینده وئریلمیشدیر. آذربایجانین باتی و تورکییهنین دوغو بؤلگهسینده کی آشیقلار و اوزانلار اؤزللیکله اورمیه آشیق مکتبی اوستادلارینین ماهنیلاری و شرقیلرینده دده کاتیبدن یوزلرجه شعیر اوخونموشدور. دده کاتیب عاریف و اوزان کیمی مشهور اولدوغو ایله بیرلیکده حنفی فیقهینین بؤیوک عالیمی و باتی آذربایجاندا ۴۰۰ میندن آرتیق نوفوسا صاحب اولان سنی تورکلرین (کورسوننیلر) معنوی لیدئری کیمی ده تانینماقدایدی. شعرلری باتی آذربایجان و دوغو آنادولو تورکلری آراسیندا دیللر ازبری اولان، ۶۰ ایلدن آرتیق دیللردن دیلره گزن شعرلری ایله ایراندا یاساق اولان دیلیمیزی یاشادان خالق شاعری "دده کاتیب" (حاجی عبدالرحمان طیار) ۲۱ فئورال (شوبات) ۲۰۰۹’دا ۸۴ یاشیندا وفات ائتدی. عؤمرونو آنادیلینه آدایان خالق شاعرینین وفاتی دونیا آنادیلی گونونه دنک گلدی.

